1 oktyabr 2026. Cümə axşamı

"Ajax" Çempionlar Liqasının tarixinə düşdü


"Ajax" Çempionlar Liqasının tarixinə düşdü

"Ajax" klubu futbol üzrə Çempionlar Liqasında (ÇL) tarixi nailiyyətə imza atıb. 

Corner.az xəbər verir ki, Hollandiya təmsilçisi üç təsnifat mərhələsini keçdikdən sonra yarımfinala yüksələn ilk komanda olub. Bununla da Erik ten Hagın baş məşqçi olduğu komanda ÇL-in tarixinə düşüb.

Ardıcıl olaraq, Avstriyanın "Şturm" (2:0, 3:1), Belçikanın "Standard" (2:2, 3:0) və Ukraynanın "Dinamo" (Kiyev) komandasını (3:1, 0:0) keçməyi bacaran Hollandiya klubu qrup mərhələsində Yunanıstan AEK-i (3:0, 2:0), Almaniya "Bayern Munich"i (1:1, 3:3) və "Benfica"nı (1:0, 1:1) ilə qarşılaşmaların yekununda 12 xal toplayıb."Ajax" 1/ 8 finalda "Real Madrid"i (1:2, 4:1), 1/4 finalda isə "Juventus"u (1:1, 2:1) mübarizədən kənarlaşdırıb.


Qeyd edək ki, "Ajax" yarımfinalda İngiltərənin "Manchester City" və "Tottenham" komandaları arasındakı oyunların ən yaxşısı ilə qarşılaşacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”