1 fevral 2026. Bazar günü

Mbappenin qolundan sonra çətin anlar yaşadıq


Mbappenin qolundan sonra çətin anlar yaşadıq
“Real”ın çalışdırıcısı Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalında PSJ-yə qalib gələrək (3:1) növbəti mərhələyə yüksəldikləri cavab oyununu şərh edib. Corner.az xəbər verir ki, italyalı mütəxəssis matçda het-trik edən Kərim Benzemanı da tərifləyib:
 
“Çətin oyun oldu, xüsusən də, ilk hissədə Mbappenin qolundan sonra çətin anlar yaşadıq. İlk qolumuz həm tribunada, həm də meydanda əhval-ruhiyyəni dəyişdi. Bir saat ərzində əla və keyfiyyətli oyun göstərdik. Enerjimiz çox yüksək idi.
 
PSJ əla komandadır, çox yaxşı oynadılar. Ancaq hər oyunda onun ssenarisini dəyişə biləcəyiniz bir məqam olur, biz də bundan istifadə etməyi bacardıq
 
Benzema komandamızın fantastik lideridir, fantastik hücumçudur. Ondan razıyam”.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”