31 yanvar 2026. Şənbə

"Gərgin mübarizə oldu” - Erik ten Hag


"Gərgin mübarizə oldu” - Erik ten Hag
“Bu oyun Madriddəkindən tamamilə fərqli idi. Matçın əvvəlində “döyüş”, gərgin mübarizə oldu”.

Corner.az xəbər verir ki, bu sözləri “Ajax”ın baş məşqçisi Erik ten Hag Çempionlar Liqasının 1/4 finalının “Juventus”la cavab oyunundan sonra UEFA-nın saytına açıqlamasında  deyib. 
Hollandiyalı mütəxəssis yarımfinala yüksəldikləri görüşü belə şərh edib: "Yaxşı oynadıq.Ancaq oyunumuzda çatışmayan məqamlar da oldu. Bunu aradan qaldırmaq lazımdır. İkinci hissədə “Juventus”un oyunu alınmadı, biz sərbəst oynamağa başladıq”

Qeyd edək ki, “Ajax” yarımfinalda “Manchester City” – “Tottenham” cütünün qalibi ilə qarşılaşacaq.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”