“Mancester Siti”nin yarımmüdafiəçisi Fernandinyo Çempionlar Liqasında 100 oyun keçirən dördüncü braziliyalı futbolçu olub. Corner.az xəbər verir ki, 36 yaşlı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Sportinq”lə cavab oyununda (0:0) meydana start heyətində çıxıb. Bununla da, o, Çempionlar Liqasında yubiley – 100 oyununa çıxıb
Təcrübəli futbolçu, Roberto Karlos, Dani Alveş və Marselodan sonra ÇL-də 100 oyun keçirən dördüncü braziliyalı olub.
Fernandinyo 15 il əvvəl, “Şaxtyor”un (Donetsk) heyətində Çempionlar Liqasında debüt edib.