- Çempionlar liqası
- 15:49 30.01.2025
UEFA Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi və idman direktoru Leonardoya intizam işi açıb.
Corner.az-ın məlumatına görə, buna klub rəsmilərinin İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra etdiyi hərəkətlər səbəb olub.
Baş verən hadisələr ətraflı araşdırıldıqdan sonra qərar veriləcəyi bildirilib.
48 yaşlı funksioner qarşılaşmanın ardından hakimlər otağına girməyə cəhd edib. Ərəb iş adamı, "Santyaqo Bernabeu" stadionunda oyunu izlədikdən sonra tribunanın altına düşüb və paltardəyişmə otağında əlinə keçən əşyaları vurub-dağıdıb. Əl-Xəlaifi iradlarını bildirmək üçün hakimləri axtarmağa başlayıb. Nəticədə klub prezidenti səhvən "Real Madrid"in nümayəndəsi Karlos Davilanın otağına girib.
Bundan əlavə PSJ rəhbərini stadionun xidməti qurğusundan bir neçə nəfər çıxara bilib.
Leonardo isə niderlandlı FIFA referisi Denni Makkelinin başçılıq etdiyi hakimlər briqadasına qarşı təhqiredici ifadələr işlədib.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən 3:2 hesabı ilə qalib gələn "Real Madrid" finala yüksəlib.