14 avqust 2026. Cümə

“Bura Çempionlar Liqasını qazanmaq üçün gəlməmişəm” – Guardiola


“Bura Çempionlar Liqasını qazanmaq üçün gəlməmişəm” – Guardiola

“Manchester City”nin baş məşqçisi Pep Guardiolanın Çempionlar Liqasının 1/4 finalında “Tottenham”la qarşılaşacaqları matçdan əvvəl mətbuat konfransı keçirilib.

Corner.az xəbər verir ki, ispan mütəxəssis, bu gün keçiriləcək qarşılaşmada azarkeşlərin dəstəyinə çox ehtiyaclarının olduğunu deyib: “Futbolçularımın yarımfinala necə çıxmaq istədiklərini görürəm. Tək onlar deyil, azarkeşlər də bunu istəyir. Bu gün oyunda onlar bizə dəstək olmalıdır. Pis vaxtlarımızda yanımızda olmalarına ehtiyacımız olacaq. Yoxsa uğur əldə edə bilmərik. Azarkeşlərin necə olacağı maraqlıdır."Manchester City”ə Çempionlar Liqasını qazanmaq üçün gəlməmişəm. Son 20 aydır oynatdığım oyunun şəklini hazırlamağa çalışıram. İstədiyim oyunu oynatmaq üçün burdayam. Əlbəttə, mən də Çempionlar Liqasını qazanmaq istəyirəm. Bunu bacarmamaq məni daha çox incidir”.

Qeyd edək ki, “Manchester City” – “Tottenham” matçı bu gün, saat 23:00-da start götürəcək







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu