14 avqust 2026. Cümə

“Barcelona”nın səviyyəsinə çatmaq istəyirik, amma…” – Solskjaer


“Barcelona”nın səviyyəsinə çatmaq istəyirik, amma…” – Solskjaer

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Barcelona”ya 0:3 hesabı ilə uduzaraq, mübarizəni dayandıran “Manchester United”in baş məşqçisi Ole-Gunnar Solskaer, matçdan sonra açıqlama verib.

Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki,46 yaşlı mütəxəssis, iki komanda arasında böyük fərq olduğunu deyib: “Barcelona”nın səviyyəsinə çatmaq istəyirik, amma hələ görüləcək çox işimiz var. Bunu bacardıqdan sonra “Barcelona” ilə rəqabət apara bilərik.

Hədəflərimizə çatmaq üçün heyəti gücləndirməliyik. Yayda bir çox transferlər ediləcək. Artıq bunun üçün danışıqlara başlamışıq”.

Norveçli mütəxəssis, rəqibin hücumçusu Lionel Messi haqqında da danışıb: “Messi inanılmaz bir futbolçudur. Meydanda olan bütün futbolçulardan fərqlidir. Bu oyunda da öz səviyyəsini göstərdi”.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu