14 may 2026. Cümə axşamı

"Meymun, lənətə gəlmiş zənci" - Kapitanı təhqir etdilər


"Meymun, lənətə gəlmiş zənci" - Kapitanı təhqir etdilər
"Manchester United"in kapitanı Ashley Young Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barcelona" ilə cavab oyunundan (0:3) sonra ingilis azarkeşlər tərəfindən "Twitter"də irqçi təhqirlərə məruz qalıb.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın fanatları qaradərili futbolçunu "meymun" adlandırıblar. Azarkeşlərdən biri isə onun haqda "lənətə gəlmiş zənci" yazıb.Bu hadisədən sonra müvafiq qurumlar qaradərili oyunçulara qarşı ayrı-seçkiliyin dayandırılması üçün "Twitter" rəhbərliyini ciddi tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, cavab matçında "Barcelona"ya 0:3 hesabı ilə məğlub olan "Manchester United" Çempionlar Liqasında mübarizəni dayandırıb.





Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"