27 mart 2026. Cümə

Simeone Mançester Yunayted'lə oyun haqda...


Simeone Mançester Yunayted'lə oyun haqda...
“Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Yunayted”lə cavab oyunu öncəsi fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, argentinalı mütəxəssis hər iki komandanın təzyiq altında olacağını söyləyib. 
 
“Rəqibin potensialını, öz meydanında yaratdığı təhlükəni bilirik, lakin bizdə özümüzə inanırıq. Mən adətən belə stadionlarda həmişə olduğu kimi, hər iki komandanın təzyiq altında olacağı sürətli oyun təsəvvür edirəm. Çalışacağıq ki, əks-hücumlarımızdan istifadə edərək, rəqibin buraxdığı səhvlərdən yararlana bilək. Onların da əla əks-hücumları var”,  deyə 51 yaşlı mütəxəssis bildirib.
 
Qeyd edək ki, “Atletiko” və “Mançester Yunayted” arasında keçirilmiş ilk oyun 1:1 hesabı ilə yekunlaşmışdı.
 






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"