23 oktyabr 2024. Çərşənbə

Benfika və Atletiko 1/4 finalda!


Benfika və Atletiko 1/4  finalda!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib. Corner.az xəbər verir ki, bununla da 1/4 finalın növbəti iştirakçıları bəlli olub.

Gecənin ən maraqlı görüşü İngiltərədə “Mançester Yunayted” və İspaniyanın “Atletiko” (Madrid) komandaları arasında baş tutub. Madriddə keçirilmiş ilk görüşdə qalib müəyyənləşməmişdi. Cavab görüşündə minimal hesabla qələbə qazanan Madrid təmsilçisi 1/4 finala vəsiqə qazanıb.

Gecənin digər matçında isə Niderland “Ayaks”ı doğma meydanda Portuqaliya “Benfika”sını qəbul edib. Lissabondakı ilk matçda məhsuldar heç-heçə qeydə alınmışdı. Bu görüşdə də qonaqlar minimal hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib.

Daha əvvəl İngiltərənin “Liverpul” və “Mançester Siti”, İspaniyanın “Real” və Almaniyanın “Bayern” klubları 1/4 finala vəsiqə əldə edib.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
15 mart

“Mançester Yunayted” (İngiltərə) – “Atletiko” (İspaniya) 0:1
Qol: Lodi, 41.
İlk oyun – 1:1

“Ayaks” (Niderland) – “Benfika” (Portuqaliya) 0:1
Qol: Nunez, 77.
İlk oyun – 2:2







Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər