27 mart 2026. Cümə

Messi və Ronaldo'dan ardıcıl iki mövsüm eyni uğursuzluq


Messi və Ronaldo'dan ardıcıl iki mövsüm eyni uğursuzluq

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo və Fransa PSJ-nin oyunçusu Lionel Messi Çempionlar Liqasında ardıcıl ikinci mövsüm mübarizəni 1/8 final mərhələsində dayandırıb.

Corner.az-ın məlumatına görə, "qırmışı şeytanlar" iki görüşün nəticəsinə əsasən İspaniyanın "Atletiko" (Madrid) komandasına 1:2 (1:1, 0:1) hesabı ilə uduzub. Paris təmsilçisi isə İspaniyanın digər təmsilçisi "Real Madrid"ə məğlub olub- 2:3 (1:0, 1:3).

Ötən mövsüm Messi İspaniya "Barselona"sının heyətində məhz PSJ-yə, Ronaldo isə İtaliya "Yuventus"u ilə birlikdə Portuqaliyanın "Portu" klubuna məğlub olub.

Daha əvvəl isə onlar sonuncu dəfə 2004/2005 mövsümündə 1/4 finala vəsiqə qazana bilməyiblər.

Bundan əlavə, Ronaldu 16 ildən sonra klub mövsümünü kuboksuz bitirə bilər. "Mançester Yunayted" bütün kubok yarışlarında mübarizəni dayandırıb. Komanda Premyer Liqada 29 matçdan sonra 50 xal toplayıb və lider "Mançester Siti"dən 20 xal geridədir.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"