14 avqust 2026. Cümə

"Messini necə dayandıracaqsınız? - Kloppdan cavab


"Messini necə dayandıracaqsınız? - Kloppdan cavab

"Bu mövsüm daha yaxşı oynayırıq. Biz həmişə bilirdik ki, burada qasırğa bizi gözləyir. Elə də oldu. "Porto"nun ikinci hissədə gücü tükəndi və biz oyuna nəzarəti əla alıb qol vurabildik".

Corner.az-ın məlumatına görə, bu sözləri "Liverpool"un baş məşqçisi Jurgen Klopp Çempionlar Liqasının 1/4 finalında "Porto"ya 4:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib. "Biz artıq daha təcrübəli komandayıq. Ötən mövsüm "Manchester City" və "Roma" ilə matçlarda işimizi çətinləşdirmişdik. Bu dəfə isə hər şey yolundadır"- deyə o bildirib.

Klopp "Messini necə dayandıracaqsınız? sualına isə belə cavab verib: "Bu barədə hazırda düşünməyə məcbur deyiləm. İndiyə kimi kimsə onu dayandıra bilməyib. Bunun üçün çalışacağıq".







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu