1 oktyabr 2026. Cümə axşamı

Dieqo Simeone'ya əşya atanlar cəzalandırılacaq


Dieqo Simeone'ya əşya atanlar cəzalandırılacaq
Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə cavab matçında rəqib komandanın baş məşqçisi Dieqo Simeoneyə əşya atan “Mançester Yunayted” azarkeşləri cəzalandırılacaq.

Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, oyunun final fitindən sonra 51 yaşlı mütəxəssis dərhal paltardəyişmə otağına yollanıb. Bu vaxt argentinalı baş məşqçiyə tribunadan müxtəlif əşyalar, o cümlədən, plastik butulkalar atılıb.
 
“Mançester Yunayted” rəsmiləri müşahidə kameralarına düşən görüntülər üzərində incələmərə başlayıblar. “Old Trafford”da meydançaya kənar əşyalar atmaq qadağandır. Qaydanı pozanları stadiona üç ilədək giriş qadağası gözləyir.
 
“Atletiko” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Mançester Yunayted”ə “Old Trafford”da qalib gəlib (1:0, ilk oyun 1:1) və növbəti mərhələyə yüksəlib.






Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”