2 avqust 2026. Bazar günü

Yuventus dayandı, Çelsi növbəti mərhələdə


Yuventus dayandı, Çelsi növbəti mərhələdə

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, bununla da 1/4 finalın son iki iştirakçısı bəlli olub.

İspaniya “Vilyarreal”ı səfərdə “Yuventus”un qonağı olub. İlk görüşdə qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə "sualtı qayıqçılar" darmadağınla qalib gələrək Turin təmsilçisini mübarizədən kənarlaşdırıb.

Gecənin digər oyununda İngiltərənin “Çelsi” klubu Fransada “Lill”in qonağı olub. Londondakı ilk qarşılaşmada “zadəganlar” 2:0 hesablı qalib gəlmişdi. Cavab görüşündən də çətin qələbə qazanan qonaqlar sürprizə imkan verməyib.

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Liverpul” və “Mançester Siti”, İspaniyanın “Real” və “Atletiko” (Madrid), həmçinin Almaniyanın “Bayern” və Portuqaliyanın “Benfika” klubları 1/4 finala vəsiqə əldə edib.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
16 mart

“Yuventus” (İtaliya) – “Vilyarreal” (İspaniya) 0:3
Qol: Moreno, 77-pen. Torres, 85. Danyuma, 90+1-pen.
Baş hakim: Şimon Marçinyak (Polşa).
İlk oyun – 1:1

“Lill” (Fransa) – “Çelsi” (İngiltərə) 1:2
Qol: B.Yılmaz, 38-pen – Pulişiç, 45+3. Aspilikueta, 71.
Baş hakim: Davide Massa (İtaliya)
İlk oyun – 0:2.







Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi