2 avqust 2026. Bazar günü

Rəqib 11 nəfərlə müdafiə olunurdu


Rəqib 11 nəfərlə müdafiə olunurdu

“Komandamız 75 dəqiqə yaxşı oynadı. İkinci hissədə rəqibin bir şansı oldu ki, ondan da istifadə etdilər”. Corner.az xəbər verir ki, bu sözləri “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/8 finalının “Vilyarreal”a qarşı evdəki cavab oyunu ilə (0:3, ilk oyun 1:1) bağlı fikirlərini bölüşərkən söyləyib.

İtaliyalı mütəxəssis, komandasının nəticədən təəssüfləndiyini bildirib: “İkinci hissədə onların sayı azaldı. Çünki rəqib 11 nəfərlə müdafiə olunurdu. Onlar oyunu əlavə vaxta aparmaq üçün çalışırdılar. Biz nəticədən təəssüflənirik. Bizim həm birinci, həm də bugünkü oyunda yaxşı şanslarımız oldu. Amma mən futbolçularıma çox şey deyə bilmərəm. Onlar indiki kimi çalışmağa davam etməlidirlər”.







Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi