27 mart 2026. Cümə

Evra Alleqri'ni tənqid etdi


Evra Alleqri'ni tənqid etdi
“Yuventus”un keçmiş futbolçusu Patris Evra komandanı “Vilyarreal”a məğlubiyyətə görə tənqid edib. Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı sabiq müdafiəçi Turin təmsilçisinin oyununa görə məyus olduğunu bildirib:
 
“Yuventus”un göstərdiyi oyundan çox məyus oldum. Deyəsən, baş məşqçi Massimiliano Alleqri sahib olduğu futbolçularla “möcüzələr” göstərir çünkü komandanın keyfiyyət yoxdur, xüsusən də, yarımmüdafiədə.
 
Mənim vaxtlarımda  “Yuventus”un yarımüdafiəsində Markizio, Arturo Vidal, Andrea Pirlo oynayırdı. İndi isə Arturdur. O, oyunu dəyişə bilən bir ötürmə belə, etməyib. Artur komandada fərq yaradan xüsusiyətə sahib futbolçu deyil”.
 
“Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Vilyarreal”a 0:3 hesabı ilə (ilk oyun 1:1) uduzaraq, turniri tərk edib.
 
Evra “Yuventus”da 2014-2017-ci illərdə forma geyinib.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"