1 oktyabr 2026. Cümə axşamı

ÇL-da həftənin ən yaxşı futbolçusu


ÇL-da həftənin ən yaxşı futbolçusu
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son iki cavab matçından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniya “Vilyarreal”ının qapıçısı Xeronimo Rulyi layiq görülüb.
 
30 yaşlı qolkiper İtaliyada "Yuventus"a 3:0 hesabı ilə qalib gəldikləri oyunda 5 seyvlə yadda qalıb. Argentinalı oyunçunun komandası isə bu darmadağın sayəsində 1/4 finala yüksəlib. İspaniyadakı ilk qarşılaşmada heç-heçə qeydə alınmışdı – 1:1.
 
Xatırladaq ki, ÇL-də həftənin ən yaxşısı adına Darvin Nunyes (“Benfika”, Portuqaliya), Koke (“Atletiko”, Madrid, İspaniya) və Kristian Pulişiç (“Çelsi”, İngiltərə) də namizəd idi.






Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”