30 iyun 2026. Çərşənbə axşamı

Çempionlar Liqasının oyunu zamanı azarkeş həbs edildi


Çempionlar Liqasının oyunu zamanı azarkeş həbs edildi

İspaniyanın "Atletiko" (Madrid) klubunun azarkeşi İngiltərədə "Mançester Yunayted"ə qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu zamanı həbs olunub.

Corner.az "Goal" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı fanatın irqçilik etməsi  olub. Saxlanılan fanat ictimai asayişi pozmaqda günahlandırılır. Azarkeşin yaxın vaxtlarda məhkəmə qarşısına çıxacağı bildirilib.

Qeyd edək ki, "Mançester Yunayted" - "Atletiko" matçında qonaqlar 1:0 hesablı qələbə qazanıb. Madriddəki ilk oyunda heç-heçə (1:1) qeydə alındığından La Liqa təmsilçisi 1/4 finala vəsiqə qazanıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu