1 fevral 2026. Bazar günü

Liverpul'dan səfər qələbəsi, Mançester Siti'nin gücü bir qola çatdı


Liverpul'dan səfər qələbəsi, Mançester Siti'nin gücü bir qola çatdı
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
 
 İngiltərənin “Mançester Siti” klubu doğma meydanda Madrid "Atletiko"su ilə üz-üzə gəlib. Rumıniyalı İştvan Kovaç idarə etdiyi matçda meydan sahibləri minimal hesabla qalib gəlib.
 
Gecənin digər matçı Portuqaliyada baş tutub. “Benfika” doğma meydanda İngiltrə “Liverpul”unu qəbul edib. İspaniyalı Xesus Hil Mansanonun idarə etdiyi bu qarşılaşmada isə qonaqlar inamlı qələbə qazanmaqla növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.
 
Bu mərhələnin digər iki ilk oyunu aprelin 6-da keçiriləcək.
 
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
5 aprel
 
Mançester Siti (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Qol: De Breyne, 70.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
 
Benfika (Portuqaliya) – Liverpul (İngiltərə) 1:3
Qol: Nunez, 49 - Konate, 17. Mane, 34. L.Dias, 88.
Baş hakim: Xesus Hil Mansano (İspaniya).






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”