23 oktyabr 2024. Çərşənbə

Real'dan səfərdə qələbə, Vilyarreal təəccübləndirdi


Real'dan səfərdə qələbə, Vilyarreal təəccübləndirdi

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

İngiltərədə turnirin son qalibi “Çelsi” doğma meydanda “Real”ı qəbul edib. Fransalı FİFA referisi Kleman Türpen idarə etdiyi oyunda “Real” inamlı qələbə qazanmaqla böyük üstünlük əldə edib.

Gecənin digər matçında Almaniyanın “Bavariya”sı İspaniyada turnirin sürpriz komandası “Vilyarreal”ın qonağı olub. İspaniya klubu 1/8 finalda “Yuventus”u üstələyərək hər kəsi təəccübləndirmişdi. Unay Emerinin komandası bu dəfə də Bundesliqa nəhəngi ilə matçda qələbə qazanmaqla hər kəsi növbəti dəfə təəccübləndirməyi bacarıb.

1/4 finalın ilk iki oyununda İngiltərə təmsilçilərindən “Mançester Siti” evdə İspaniyanın “Atletiko” (Madrid) klubuna 1:0 hesabı ilə qalib gəlib, “Liverpul” isə Portuqaliyada “Benfika”nı məğlub edib – 3:1. Cavab oyunları aprelin 12-13-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
6 aprel

“Çelsi” (İngiltərə) – “Real” (İspaniya) 1:3
Qol: Haverts, 40 – Benzema, 21; 24; 46.
Baş hakim: Kleman Türpen (Fransa).

“Vilyarreal” (İspaniya) – “Bayern” (Almaniya) 1:0
Qol: Danjuma, 8.
Baş hakim: Entoni Teylor (İngiltərə).







Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər