15 avqust 2026. Şənbə

Benzema Messi və Ronaldonun uğurunu təkrarladı


Benzema Messi və Ronaldonun uğurunu təkrarladı

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

Corner.az-ın Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 34 yaşlı hücumçu buna İngiltərədə "Çelsi"yə 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyununda het-trik etməklə nail olub.

Fransalı futbolçu qitənin bir nömrəli klub turnirində ardıcıl iki matçda 3 qol vuran 4-cü oyunçudur. Daha əvvəl 2014-cü ildə Luis Adriano, 2016-cı ildə Lionel Messi, 2017-ci ildə isə Kriştiano Ronaldo buna müvəffəq olub.

Bundan əlavə, Kərim Benzema Çempionlar Liqasında (Çempionlar Kuboku) "Çelsi"yə qarşı het-trik edən ilk oyunçu kimi də tarixə düşüb.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu