1 fevral 2026. Bazar günü

Bavariya'nı yenə məğlub etmək istəyirəm


Bavariya'nı yenə məğlub etmək istəyirəm
"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 1:0 hesabı ilə qalib gəldikləri ilk oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 50 yaşlı mütəxəssis ilk matçdakı göstərdikləri yaxşı oyunla kifayətlənməyəcəyini deyib:

“İlk matçdakı yaxşı oyunla kifayətlənməyəcəyik. "Bavariya"nı yenə məğlub etməyə çalışacağıq. 1:0 hesablı qələbə yetərli deyil. “Bavariya” favoritdir, onların uduzması normal deyil. Sevinə bilərik, amma diqqətli olmalıyıq. Qarşıda hələ 90 dəqiqə var və mən "Bavariya"nı yenə məğlub etmək istəyirəm. Buna nail ola bilməsək, məyus olacağam".
 
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 12-də keçiriləcək.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”