1 fevral 2026. Bazar günü

Çelsi Real'la matça onsuz çıxacaq


Çelsi Real'la matça onsuz çıxacaq
“Çelsi”nin hücumçusu Romelu Lukaku Çempionlar Liqasının 1/4 finalında “Real”la cavab oyununu buraxacaq. Corner.az xəbər verir ki, belçikalı futbolçunun dabanında zədəsi olduğu üçün bu görüşdə komandasına kömək edə bilməyəcək.
 
O, bu səbəbdən aprelin 9-da “Sauthempton”la (6:0) oyunda da çıxış etməyib. Lukaku Çempionlar Liqasının “Real”la oyununu da buraxacaq.
 
Lukaku cari mövsümdə “Çelsi”nin heyətində 36 oyunda 12 qol vurub, 2 məhsuldar ötürmə edib.
 
“Real” ilk oyunda “Çelsi”yə 3:1 hesabı ilə qalib gəlib. Cavab matçı aprelin 12-də keçiriləcək.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”