15 avqust 2026. Şənbə

Koronavirusa görə ÇL-dən imtina etdilər


Koronavirusa görə ÇL-dən imtina etdilər
Çinin “Şanxay Port” klubu Asiya Çempionlar Liqasında iştirakdan imtina edib. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq edilən karantin şərtləridir.
 
Asiya Futbol Konfederasiyası “Şanxay Port”un səyahət məhdudiyyəti səbəbindən Tailandda keçiriləcək J qrupunun oyunlarına qatıla bilməyəcəyini açıqlayıb.
 
“Şanxay Port” ÇL-də iştirakdan imtina edən ikinci Çin klubu olub. Çinin digər təmsilçisi “Çanqçun Yatay” eyni səbəbdən ötən ay turnirdə iştirak etməyəcəyini bəyan etmişdi.
 
Çində koronavirusa yoluxma hallarının yenidən artması səbəbindən karantin rejimi elan edilib.






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu