23 oktyabr 2024. Çərşənbə

Bavariya dayandı, Real yarımfinalda!


Bavariya dayandı, Real yarımfinalda!

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilir. Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Bavariya” səfərdə minimal hesabla məğlub olduğu “Vilyarreal”ı sınağa çəkib. Münhen təmsilçisi hesabı açsa da qonaqlar matçın sonlarında hesabı bərabərləşdirməyi bacarıblar. Yekunda görüş heç-heçə ilə başa çatıb və növbəti mərhələyə İspaniya təmsilçisi vəsiqə qazanıb.

“Real” isə Madriddə Çempionlar Liqasının son qalibi “Çelsi”nin müqavimətini qırmağa çalışıb. “Kral klubu” İngiltərədə keçirilən ilk oyunda London klubunu 3:1 hesabı ilə məğlub etmişdi. “Zadəganlar” səfərdə ardıcıl 3 qol vurmaqla asan təslim olmaq istəmədiyini göstərsələr də matçın sonlarında ümumi hesabı bərabərləşdirən Madrid klubu, əlavə vaxtda daha bir qol vuraraq ümumi hesabda önə keçib. Beləliklə, bu görüşdə də növbəti mərhələyə vəsiqəni məhz ispaniya nəhəngi əldə edib.

ÇL-də 1/4-in qalan iki oyunu sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
12 aprel

Real (İspaniya) – Çelsi (İngiltərə) 2:3
Qol: Rodriqo, 80. Benzema, 96 – Maunt, 15. Rüdiger, 51. Verner, 75.
İlk oyun – 3:1

Bavariya (Almaniya) – Vilyarreal (İspaniya) 1:1
Qol: Levandovski, 52 – Çukvueze, 88.
İlk oyun – 0:1







Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər