2 avqust 2026. Bazar günü

Ançelottidən Çempionlar Liqasında tarixi rekord


Ançelottidən Çempionlar Liqasında tarixi rekord

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Corner.az-ın məlumatına görə, 62 yaşlı mütəxəssis buna turnirin yarımfinal mərhələsinə vəsiqə qazanmaqla nail olub.

Ançelotti ardıcıl 4 onillikdə bunu bacaran ilk baş məşqçi kimi tarixə düşüb. İtaliyalı mütəxəssis 1999-cu ildə ölkəsinin "Yuventus", 2003, 2005, 2006, 2007-ci illərdə "Milan", 2014 və 2015-ci illərdə "Real Madrid" komandası ilə yarımfinala yüksəlib.

O, qitənin bir nömrəli klub turnirində 8-ci dəfə bu raunda vəsiqə qazanmaqla Xosep Qvardiola və Joze Mourinyonun rekordunu da təkrarlayıb.

Qeyd edək ki, "Real Madrid" 1/4 final mərhələsində İngiltərə təmsilçisi "Çelsi"ni iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 5:4.







Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi