"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasında "Vilyarreal"a qarşı keçirdikləri oyunu (1:1) ilə bağlı fikirlərini bölüşüb.Corner.az xəbər verir ki, alman mütəxəssis turnirə vida etdikləri matçı belə şərh edib:
"İlk matç vacib idi. Yaxşı oynaya bilmədik. Son həftələrin ən baxımlı futbolunu oynasaq da, alınmadı. Bizim üçün ciddi imtahan oldu. Bu qədər qatı müdafiə olunan komandalara qarşı nəsə etmək çətindir.
Buraxdığımız qolda rəqib oyunçu topa heç düzgün vura bilmədi. Geridə çox boşluq buraxmışdıq və bu səbəbdən məğlub olduq. Narahat deyiləm, dünyada baş verən daha pis şeylər var.
Çempionlar Liqasında yarımfinala yüksəlmək minimum hədəfimiz idi. Bunu bacarmadıq. Tək Bundesliqanı qazanmaq kifayət deyil"