23 oktyabr 2024. Çərşənbə

Liverpul və Mançester Siti də yarımfinala yüksəldi!


Liverpul və Mançester Siti də yarımfinala yüksəldi!

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

İngiltərə təmsilçilərindən “Liverpul” Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi “Benfika” ilə bu dəfə doğma meydanda qarşılaşıb. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Beləliklə, növbəti mərhələyə Mersisayd təmsilçisi vəsiqə qazanıb.

“Mançester Siti” isə İspaniyada Madrid “Atletiko”sunun qonağı olub. “Şəhərlilər” evdəki ilk görüşdə minimal hesablı qalib gəlmişdi. Bu qarşılaşmada isə ümumiyyətlə qapılara qol vurulmayıb. Nəticədə yarımfinala Mançester klubu yüksəlib.

Beləliklə, yarımfinalda “Liverpul” İspaniya “Vilyarreal”ı ilə, “Mançester Siti” isə Madrid “Real”ı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
13 aprel

“Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya) 3:3
Qol: Konate, 21. Firmino, 55: 65 – Ramos, 32. Yaremçuk, 74. Nunez, 83.
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun – 3:1

“Atletiko” Madrid (İspaniya) – “Mançester Siti” (İngiltərə) 0:0
Baş hakim: Daniel Zibert (Almaniya)
İlk oyun – 0:1







Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər