23 oktyabr 2024. Çərşənbə

Atletiko - Mançester Siti oyununda dava


Atletiko - Mançester Siti oyununda dava

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Atletiko" - "Mançester Siti" oyununda dava düşüb. Corner.az xəbər verir ki, "Vanda Metropolitano" stadionundakı oyunun sonlarında meydan sahiblərinin müdafiəçisi Felipe yan xəttə yaxın hissədə qonaqların yarımmüdafiəçisi Fil Fodenə qarşı kobudluq edib. Yerə düşən ingiltərəli oyunçu özünü meydançanın içərisinə atmağa çalışarkən Madrid klubunun digər futbolçusu Stefan Saviç Fodeni kənara doğru itələyib. Bundan sonra iki komandanın oyunçuları arasında insident yaşanıb.

Daha sonra Saviç "Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qrilişin saçını dartıb. Baş verən hadisələri kənardan izləyən oyunun almaniyalı baş hakimi Daniel Zibert Felipeni meydandan qovub, Saviç və Foden isə sarı vərəqə ilə cəzalandırılıb.

İnsidentə görə oyunda məcburi fasilə yaranıb. Bu səbəbdən görüşün əsas vaxtına 9 dəqiqə əlavə olunub.

"Mançester Siti"nin müdafiəçisi Emerik Laport oyundan sonra "Atletiko"nun futbolçuları ilə insident barədə danışıb: “Qalmaqalla bitən oyunu görmək adamı həmişə məyus edir. Axı siz çox kiçik bir şeyə görə çox səs-küy salırsınız. Bu oyun bizdən daha çox rəqibə ziyan vurdu”.

Qeyd edək ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. 







Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər