15 avqust 2026. Şənbə

Liverpul'dan avrokuboklarda rekord


Liverpul'dan avrokuboklarda rekord

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Benfika"nı mübarizədən kənarlaşdıran "Liverpul" İngiltərə klublarının rekordunu ələ keçirib. Corner.az xəbər verir ki,  Yurgen Kloppun komandası 12-ci dəfə avrokubokların yarımfinalına yüksəlib. Bu rekord əvvəl “Mançester Yunayted”ə məxsus idi.

“Qırmızı-şeytanlar” Çempionlar Liqasında iştirakını 1/8 final mərhələsində Madrid “Atletiko”suna uduzaraq (1:2) başa vurmuşdu. “Mançester Yunayted” sonuncu dəfə 2010/2011 mövsümündə yarımfinala yüksəlmişdi.

Çempionlar Liqasının finalı mayın 28-də, Fransada “Stad de Frans” stadionunda baş tutacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu