“Liverpul”un hücumçusu Məhəmməd Salah İtaliya və İngiltərə azarkeşlərini müqayisə edib. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu bu ölkələrdə fanatların fərqli olduğunu söyləyib.
“Mən “Roma”da oynayanda azarkeşlər həm evdə, həm də səfərdə Tottini həmişə alqışlayırdılar. Necə ki, de Rossi, Buffon və Del Pyero ilə olduğu kimi. İngiltərədə bunun yaşandığını düşünmürəm. Azarkeşlər həmişə rəqibə qarşı çıxırlar. İtaliyada Buffon hara gedirsə getsin, layiq olduğu hörməti görür” - deyə, Salah bildirib.
Qeyd edək ki, misirli futbolçu 2015-2017-ci illərdə “Roma”da forma geyinib.