Bu gün "Etihad"da "Mançester Siti" və "Real Madrid" arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu olacaq. Corner.az xəbər verir ki, "şəhərlilər"in yarımmüdafiəçisi İlkay Gündoğan "Daily Mail"ə açıqlamasında rəqibin futbolçusu Luka Modriçin bu mövsüm də yüksək səviyyədə çıxış etdiyini bildirib.
31 yaşlı almaniyalı futbolçu 36 yaşlı xorvatiyalı futbolçunu sehrbaza bənzədib: "Luka sehrbazdır. Onun Çempionlar Liqasının son oyunundakı çıxışı məni heyran etdi. O, həmişə sakit və rahat görünür. Modriç "Qızıl top"u qazananda çox sevinmişdim. Mənim mövqeyimdə oynayan oyunçudur. Onun və Toni Kroosun "Real"da əla iş gördüklərinə şahid oluram. Onlar illərdir müxtəlif məşqçilərin rəhbərliyi altında daim ən vacib oyunçular olaraq seçiliblər.
"Real" PSJ-ni, sonra isə "Çelsi"ni mübarizədən kənarlaşdırıb. Bu, onların bu mövsüm nə qədər güclü olduğunu göstərir. Amma biz də nəyə qadir olduğumuzu bilirik. Hər zaman qələbə ilə başlamaq vacibdir. "Santyaqo Bernabeu"ya məğlub olaraq getmək istəmirik. Biz o stadionda nələrin baş verə biləcəyini bilirik. Bütün matç bir saniyədə alt-üst olacağını da bilirik”.
"Mançester Siti" - "Real Madrid" oyunu çərşənbə axşamı saat 23:00-da başlayacaq.