- Çempionlar liqası
- 15:49 30.01.2025
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək. Corner.az xəbər verir ki, ilk görüşdə öz meydanında “Real”ı qəbul edəcək “şəhərlilər”in ispan çalışdırıcısı oyun haqda fikirlərini bölüşüb.
“Qalib gələrək finala çıxmaq istəyirik. Eyni zamanda, finala gedən yolda etdiklərimizi heç vaxt qiymətləndirməyəcəm. Avropanın ən yaxşı komandaları ilə eyni sırada olmaq bizim üçün xoşdur. Finala yüksəlmək üçün iki fərqli oyun bizi gözləyirik. Bunu edə bilərik. Nə vaxtsa biz də bu mərhələyə çatmayacağıq. Futbolçulara bu oyundan həzz almalarını bildirdim. Futbolu futbolçular oynayır, mən bu oyunda qalib gələ bilmərəm”.
“Real”ın baş məşqçisi Karlo Ançelotti isə hər iki komanda üçün təzyiqin təxminən eyni olduğunu bildirib: “Yarımfinala yüksəlməyi uğur adlandıra bilmərik. Finala çıxmaq uğurlu olacaq. Amma bunun üçün “Mançester Siti”ni keçmək lazımdır. Müdafiədə kompakt oynamalıyıq. Müdafiə xətti çox vacib olacaq. Rəqib topa sahib olanda müdafiə olunmalı və təkcə topa baxmamalıyıq. Topa yiyələndikdən sonra hücum gücümüzdən istifadə etməliyik. Çətinliklərə öyrəşmişik. Necə oynayacağımız sirr deyil”.