27 mart 2026. Cümə

Qol düellosunda qələbəyə sevinən Mançester Siti oldu


Qol düellosunda qələbəyə sevinən Mançester Siti oldu

Bu UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. Corner.az xəbər verir ki, yarımfinalın bu gün keçirilən ilk oyununda “Real” səfərdə “Mançester Siti”nin qonağı olub.

İspaniya nəhəngi yarımfınaldan əvvəl İngiltərənin digər təmsilçisi – “Çelsi”ni mübarizədən kənarlaşdırmışdısa, “şəhərlilər” də bu mərhələyə yüksəlmək üçün İspaniya təmsilçisi – Madrid “Atletiko”sunu dayandırmışdı.

Bu komandaların Mançesterdə baş tutan ilk oyunu məhsuldar alınıb. Yeddi qolun qeydə alındığı matçda meydan sahibləri çətin qələbə qazanıb.

“Real”la “Mançester Siti” arasında cavab matçı mayın 4-də, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Yarımfinalın daha bir cütündə sabah “Liverpul”la “Vilyarreal” üz-üzə gələcək. Bu komandalar arasında cavab matçı isə mayın 3-də, İspaniyada keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunları
26 aprel

Mançester Siti (İngiltərə) – Real (İspaniya) 4:3
Qol: K.D.Bruyne, 2. Q.Jezus, 11. F.Foden, 53. B.Silva, 74 – K.Benzema, 33; 82-pen. V.Junior, 55.
Baş hakim: İstvan Kovaç (Rumıniya).







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"