27 mart 2026. Cümə

Benzema ÇL-da bunu bacaran ilk futbolçu oldu


Benzema ÇL-da bunu bacaran ilk futbolçu oldu
“Real”ın futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında yeni uğura imza atıb. Corner.az xəbər verir ki, 34 yaşlı hücumçu buna İngiltərədə “Mançester Siti”yə 3:4 hesabı ilə uduzduqları yarımfinal mərhələsinin ilk oyununda dubl etməklə nail olub.
 
Benzema bir mövsümdə səfərdəki pley-off matçlarında eyni ölkənin klublarına 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb. Fransalı futbolçu, daha əvvəl İngiltərənin digər təmsilçisi “Çelsi”yə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin ilk oyununda het-trik etmişdi.
 
Benzema cari mövsümdə “Real”ın heyətində 41 oyunda 41 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
 
“Real”la “Mançester Siti” arasındakı cavab oyunu mayın 4-də keçiriləcək.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"