“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının ilk yarımfinal oyununda “Mançester Siti”yə uduzduqdan (3:4) sonra oyunu şərh edib. Corner.az xəbər verir ki, italiyalı mütəxəssis UEFA-nın saytına açıqlamasında qarşılaşmanın fantastik alındığını deyib:
“Azarkeşlərin nöqteyi-nəzərindən bu, fantastik futbol idi. Amma “Real”ın baş məşqçisi kimi nəzərə almalıyam ki, ilk iki qolu çox tez buraxdıq. Ümumilikdə dörd qol buraxdığımızı nəzərə alsaq, nəticə bizim üçün pis oldu. Müdafiədə çox səhvlərə yol verdik və rəqibdə bu imkanlardan yaxşı istifadə etdilər. Yaxşı ki, cütün qalibini müəyyən etmək üçün cavab oyunu var. “Mançester Siti” çox güclü komanda olduğunu sübut etdi. Çempionlar Liqasının finalına yüksəlməyin açarı müdafiədə yaxşı oyundur. İstənilən halda biz finala çıxmağa ümid edirik”.