27 mart 2026. Cümə

Liverpul'u məğlub etməyə çalışmaq bizim üçün əlavə motivasiya olacaq


Liverpul'u məğlub etməyə çalışmaq bizim üçün əlavə motivasiya olacaq
“Vilyarreal”ın baş məşqçisi Unay Emeri Çempionlar Liqasının yarımfinalında “Liverpul”a qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan Emeri, hazırkı “Liverpul”u öz tarixinin ən yaxşı komandası olduğunu bildirib:
 
“Çempionlar Liqasının yarımfinalına çıxan istənilən klub belə nəticəyə layiqdir. “Liverpul” yaxşı bilir ki, biz müntəzəm olaraq avrokuboklarda oynayırıq, “Yuventus” və “Bavariya” kimi iki böyük komandanı mübarizədən kənarlaşdıra bilmişik. Rəqib başa düşür ki, oyun asan olmayacaq. Amma “Liverpul” özünü favorit hesab edəcək və bizə hörmətlə yanaşacaq.
 
Bu, indiyə qədər gördüyüm ən güclü “Liverpul”du deyərdim. Bizim üçün tarixin ən yaxşı “Liverpul”unu məğlub etməyə çalışmaq əlavə motivasiya olacaq”.
 
“Liverpul” – “Vilyarreal” matçı bu gün keçiriləcək və saat 23:00-da başlayacaq.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"