15 avqust 2026. Şənbə

Mane ÇL-da Droqbanın rekordunu təkrarladı


Mane ÇL-da Droqbanın rekordunu təkrarladı

İngiltərənin "Liverpul" klubunun futbolçusu Sadio Mane "Çelsi"nin sabiq oyunçusu Didye Droqbanın UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.

Corner.az-ın məlumatına görə, 30 yaşlı hücumçu buna İspaniya "Vilyarreal"ına 2:0 hesabı ilə qalib gəldikləri yarımfinal mərhələsinin ilk oyununda nail olub.

55-ci dəqiqədə ikinci qola imza atan seneqallı futbolçu qitənin bir nömrəli klub turnirindəki qollarının sayını 14-ə çatdırıb. Beləliklə, Mane Çempionlar Liqasında ən çox fərqlənən iki oyunçudan biri adına sahib çıxıb.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu mayın 3-də olacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu