23 oktyabr 2024. Çərşənbə

Mən onu mərkəzdə oynatmağı xoşlayıram, amma ...


Mən onu mərkəzdə oynatmağı xoşlayıram, amma ...
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında “Vilyarreal”a 2:0 hesabı ilə qalib gəldikləri yarımfinalın ilk oyunu haqda fikirlərini bölüşüb. Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı cavab matçına da eyni formada çıxacaqlarını bildirib:
 
“Birinci hissədə yaxşı oynadıq. Oyuna münasibəti və düşüncə tərzimizi nəzərə alsaq hər şey yaxşı keçdi. İndi biz “Vilyarreal”ın qonağı olacağıq və finala yüksəlməyə çalışacağıq. Cavab matçına yüz faiz hazır olmalıyıq əks halda düşündüyümüzdən fərqli şeylər ola bilər. İkinci ayağımızı da birinci kimi atmağa çalışacağıq”.
 
Klopp, matçda komandasının ikinci qolu vuran Sadio Mane çıxışına da toxunub:
 
“Sadio Mane? İşini çox yaxşı görür. Mən onu mərkəzə oynatmağı xoşlayıram, amma o, sol və sağ cinahda oynaya bilir”.
 
“Liverpul” və “Vilyarreal” arasında cavab matçı mayın 5-də İspaniyada keçiriləcək. Qarşılaşma saat 23:00-da başlayacaq. 






Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər