23 oktyabr 2024. Çərşənbə

Liverpul finalda!


Liverpul finalda!

Bu gün UEFA Çempionlar Liqasında finala vəsiqə qazanan ilk komanda müəyyənləşib. Corner.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyarreal” doğma meydanda “Liverpul”u (İngiltərə) qəbul edib. Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanmışdı.

Niderlandlı Danni Makkeli idarə etdiyi matça yaxşı başlayan İspaniya təmsilçisi ilk hissəni 2:0 öndə bitirib. Amma fasilədən sonra İngiltərə təmsilçisi oyunda dönüş etməyi bacarıb. Buraxılan qolların əvəzini artıqlaması ilə çıxan "Liverpul" əzmkar qələbə qazanaraq finala vəsiqə adlayıb.

UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
3 may

“Vilyarreal” (İspaniya) – “Liverpul” (İngiltərə) 2:3
Qol: B.Dia, 3. F.Koklen, 41 - Fabinyo, 62. L.Dias, 67. Mane, 74.
Vilyarreal, "Estadio de la Keramika" stadionu. Baş hakim: Danni Makkeli (Niderland)

Vilyarreal: Xeronimo Rulyi, Raul Albiol (k), Pau Torres, Xuan Foyt, Pervis Estupinyan, Daniel Parexo, Etyen Kapu, Fransis Koklen, Covani Lo Çelso, Jerar Moreno, Bulaye Dia.

Liverpul: Alisson, Trent Aleksander-Arnold, İbrahima Konate, Vircil van Deyk (k), Endryu Robertson, Fabinyo, Tyaqo Alkantara, Nabi Keyta, Dioqo Jota, Məhəmməd Salah, Sadio Mane.







Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər