“İlk yarıda nəyin səhv olduğunu bilirdik. İkinci hissədə daha yaxşı oynayacağımızın fərqində idim, qol vurmalı idik. Həqiqətən də möhtəşəm gecə idi. Önəmli olan futbolçuların meydanda baş verənlərə necə reaksiya verməsidir. Sadəcə, ilk hissədə kifayət qədər çevik oyun göstərə bilmədik”. Corner.az xəbər verir ki, bu sözləri Mersisayd təmsilçisinin çalışdırıcısı Klopp deyib.
Çempionlar Liqasının yarımfinalında “Vilyareal”la cavab oyunu haqda danışan 54 yaşlı mütəxəssis rəqibə belə möhtəşəm oyun üçün təşəkkür edib: “Vilyarreal”a əhsən. Stadion, komanda, məşqçi - onların etdikləri inanılmazdır. Oyunboyu bizə təzyiq edildi. Fasilə zamanı futbolçulara dedim ki, ikinci hissədə daha yaxşı oynamağınız lazımdır. Uşaqlara azad zonalar axtarmasını tapşırdım və daha çevik oynamalarını istədim”.
Qeyd edək ki, ilk yarıda 0:2 hesabı ilə məğlub olan “Liverpul” fasilədən sonra üç qol vuraraq qalib gəlib.