1 fevral 2026. Bazar günü

Liverpul'un futbolçusu Lempardın rekordunu təkrarladı


Liverpul'un futbolçusu Lempardın rekordunu təkrarladı

İngiltərə "Liverpul"unun futbolçusu Sadio Mane "Çelsi"nin sabiq yarımmüdafiəçisi Frenk Lempardın rekordunu təkrarlayıb.

Corner.az-ın məlumatına görə, seneqallı hücumçusu buna İspaniyada "Vilyarreal"ı 3:2 hesabı ilə məğlub etdikləri Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında qol vurmaqla nail olub.

74-cü dəqiqədə fərqlənən 30 yaşlı futbolçu turnirin pley-off mərhələlərindəki qollarının sayını 15-ə çatdırıb.

Qeyd edək ki, Sadio Manenin qolu komandasına qələbə qazandırıb. İlk görüşdə də rəqibini üstələyən (2:0) "Liverpul" finala yüksəlib.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”