“Liverpul”un müdafiəçisi Vircil van Deyk Çempionlar Liqasının finalında hansı komanda ilə qarşılaşmaq istədiyini açıqlayıb. Corner.az xəbər verir ki, niderlandlı futbolçu həm Madrid “Real”ı, həm “Mançester Siti”nin çox güclü olduğunu bildirib:
“Finalda kiminlə oynamağımızın bizim üçün fərqi yoxdur. Həlledici qarşılaşma çox çətin olacağından əminik. Biz “Mançester Siti”ni yaxşı tanıyırıq. “Real” hazırda dünyanın ən yaxşı hücumçusuna sahibdir. Əsas görək, nəticə necə olacaq”.
“Liverpul”un hücumçusu Məhəmməd Salah isə finalda "Real"la qarşılaşmaq istədiklərini vurğulayıb: “Beş ildə üçüncü dəfə finala yüksəlmək inanılmaz hissdir. Hamı xoşbəxtdir. İlk hissədə çətin oldu, amma fasilədə məşqçinin bizimlə danışmasının təsirir oldu. Biz ən yüksək səviyyədə çıxış edən ən yaxşı komandayıq. Hər şey üçün mübarizə aparırıq. Bir kubok qazandıq, indi başqa finaldayıq, Premyer Liqada mübarizəmizi davam etdiririk. Mən nə istədiyimi bilirəm və ümid edirəm ki, bunu əldə edə biləcəm. Finalda “Real”la qarşılaşmaq istəyirəm, amma “Mançester Siti” də çox güclü komandadır”.