1 avqust 2026. Şənbə

Liverpul rekordunu yenilədi


Liverpul rekordunu yenilədi
“Liverpul” bir mövsümdə vurulan qol sayına görə klub tarixinin yeni rekordunu müəyyənləşdirib. Corner.az xəbər verir ki, sözügedən komanda buna Çempionlar Liqasının yarımfinalında “Vilyarreal”la cavab görüşündə 3:2 hesabı qələbə qazanaraq nail olub.
 
Nəticədə Mersisayd təmsilçisi 2021/22 mövsümündə vurduqları qolların sayını 139-a çatdırıblar. Bu isə klub tarixinin rekord göstəricisidir. “Liverpul” bu qolları bütün turnirlər çərçivəsində keçirdiyi 57 matçda vurub.
 
“Vilyarreal”a ilk görüşdə də 2:0 hesabı ilə qalib gələn “Liverpul” finala yüksəlib. Sözügedən komanda ÇL-in finalında “Real” - “Mançester Siti" cütünü qalibi ilə üz-üzə gələcək. Həlledici görüş mayın 28-də Parisdəki “Stade de Frans”da keçiriləcək.






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi