27 mart 2026. Cümə

Real Mançester Siti'ni finala buraxmadı


Real Mançester Siti'ni finala buraxmadı

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adı müəyyənləşib. Corner.az xəbər verir ki, Madrid “Real”ı yarımfinal mərhələsinin cavab oyununda “Mançester Siti”ni qəbul edib.

“Santyaqo Bernabeu” stadionunda keçirilən matçı italiyalı Daniele Orsato idarə edib.

Komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanmışdı. Bu oyunda da hesabı açan tərəf ingilislər olub. Amma Madrid təmsilçisi əzmkar oyun göstərərək 3:1 hesablı qələbə sayəsində finalda İngiltərənin “Liverpul” klubunun rəqibi olub. Həlledici görüş mayın 28-də Parisdə keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
4 may

Real (İspaniya) – Mançester Siti (İngiltərə) 3:1
Qol: Rodrqio, 90; 90+2. K.Benzema, 95-pen – R.Mahrez, 73.
Baş hakim: Daniele Orsato (İtaliya)
Madrid, “Santyaqo Bernabeu” stadionu.
İlk oyun – 3:4.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"