1 oktyabr 2026. Cümə axşamı

Real'ın futbolçusu ölkəsinin tarixinə düşü


Real'ın futbolçusu ölkəsinin tarixinə düşü

İspaniyanın "Real Madrid" klubunun braziliyalı futbolçusu Rodriqo ölkəsinin tarixinə düşüb.

Corner.az-ın məlumatına görə, 21 yaşlı hücumçu buna İngiltərə "Mançester Siti"sinə əlavə vaxtda 3:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda nail olub.

90 və 90+1-ci dəqiqələrdə fərqlənən forvard braziliyalı oyunçuların turnirdə 999 və 1000-ci qollarını vurub. Cənubi amerikalılar bu qol səddinə çatan ilk ölkədir. İkinci yerdə fransalı oyunçular qərarlaşıb - 802 qol.

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının finalında İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”