1 avqust 2026. Şənbə

Ağırdır, bunu inkar edə bilmərəm


Ağırdır, bunu inkar edə bilmərəm
Dünən gecə Çempionlar Liqasının yarımfinalının cavab görüşündə dramatik şəkildə "Real Madrid"ə uduzan "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, ispaniyalı mütəxəssis son dəqiqə qolları ilə mübarizəni dayandırdıqlarını bildirib:   
 
"Söhbət sadəcə, kimin daha çox qol vurmasından gedir. Onlar isə daha çox fərqlənməyi bacardılar. Əvvəllər Çempionlar Liqasında ağır məğlubiyyət almışam. Məsələn, "Barselona" ilə "Çelsi"yə uduzduğum zaman oxşar hissləri keçirmişəm. Bu, bizim üçün ağır oldu, bunu inkar edə bilmərəm. Biz finala adlamağın astanasında idik. İlk hissədə yaxşı oynamadıq, amma belə bir yarışda bu normaldır”.
 
Qeyd edək ki, yarımfinalın ilk görüşündə 4:3 hesabıyla qalib gələn "Mançester Siti" Madriddəki cavab matçında son 5 dəqiqədə 3 top buraxaraq (1:3) mübarizəni dayandırıb.  






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi