1 avqust 2026. Şənbə

ÇL-da yarımfinal mərhələsinin ən yaxşı qolu


ÇL-da yarımfinal mərhələsinin ən yaxşı qolu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ən yaxşı qolu bəlli olub.

Corner.az-ın məlumatına görə, bu ada İspaniyanın "Real Madrid" klubunun braziliyalı futbolçusu Vinisius Juniorun İngiltərədə "Mançester Siti" ilə ilk oyundakı dəqiq zərbəsi layiq görülüb.

21 yaşlı hücumçu 3:4 hesabı ilə uduzduqları matçda komandasının ikinci qoluna imza atıb. "Kral klubu" Madriddəki görüşün əlavə vaxtından rəqibini 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

"Real Madrid" finalda İngiltərə "Liverpul"u ilə qarşılaşacaq. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi