1 avqust 2026. Şənbə

Siti inamlı qələbə qazanmalı idi


Siti inamlı qələbə qazanmalı idi
İngiltərə millisinin sabiq futbolçusu Stiv Makmanaman Çempionlar Liqasının yarımfinalının “Real” – “Mançester Siti” cavab oyununu (3:1) şərh edib. Corner.az xəbər verir ki, 50 yaşlı keçmiş futbolçu meydanda baş verənlərdən şoka düşdüyünü bildirib:
 
“Mançester Siti” bu görüşdə inamlı qələbə qazanmalı idi. Cek Qriliş iki qol epizodunu qaçırdı. “Şəhərlilər” 2:0 və ya 3:0 öndə ola bilərdilər, amma bu baş vermədi. “Real”da qol vurana qədər ciddi nəsə etdiyini görmədim.Mənə aydın idi ki, “Mançester Siti”nin bu turnirdə problemləri var, amma onlar ən qəddar şəkildə çölə çıxdılar. Bunun belə bitəcəyini düşünməzdim. “Real Madrid” finalda “Liverpul”a qalib gəlsə, bu, turnir tarixindəki ən böyük qələbə olacaq”.
 
İlk görüş “Mançester Siti”nin 4:3 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsinə əsasən “Real” turnirin finalına yüksəlib.






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi