27 mart 2026. Cümə

ÇL-da həftənin futbolçusu açıqlandı


ÇL-da həftənin futbolçusu açıqlandı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniyanın "Real Madrid" klubunun belçikalı qapıçısı Tibo Kurtua layiq görülüb.

29 yaşlı qolkiper İngiltərənin "Mançester Siti" komandasına əlavə vaxtda 3:1 hesabı ilə qalib gəldikləri görüşdə 8 qurtarışla yadda qalıb.

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının finalında İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"